zamanlabirge.az
zamanlabirge.az

Dondurma haqqında doğru bildiyimiz 5 yanlış

22-07-2020, 14:24

Dondurma haqqında doğru bildiyimiz 5 yanlış Şokoladlı, çiyələkli, qaymaqlı, limonlu, fıstıqlı və digər rəngarəng növləri ilə xüsusilə də yaz aylarının ən sevilən şirniyyatları arasında yer alır. Tərkibində protein və karbohidrat, A, B6, B12, C, D, E və K vitaminləri, kalsium, fosfor, maqnezium, natrium, kalium, dəmir, sink olan sağlam bir qida mənbəyidir.
Dondurma hər nə qədər məsum qida növü kimi görünsə də, onun istifadəsində sağlamlıq üçün diqqət edilməsi vacib olan bir neçə faktor var.
Dondurma haqqında doğru bildiyiniz 5 yanlışı sizə təqdim edirik.
Türkiyəli dietoloq Ezgi Hazal Çelik bildirir ki, dondurma, tərkibində un və şəkər olan digər xəmirli şirniyyat növləri ilə müqayisədə daha faydalı qidadır. Lakin onu həqqindən çox istifadə etməyin fəsadları faydasından daha çoxdur.
Artıq çəki, bel nahiyyəsində piylənmə, istehsalında və yaxud saxlanma şəraitində problem olduqda isə qida zəhərlənməsinə qədər gətirib çıxarır.
1. “Yüngül şirniyyat növü olduğu üçün az kalorilidir və istənilən qədər yemək olar”. Bu fikir olduqca yanlışdır. Dondurmanın kalori dəyəri un və şəkərdən hazırlanan digər xəmirli şirniyyatlara nisbətən çox aşağıdır. Bərabər miqdarda 100 qram paxlavada 412 kalori, südlü şokoladda 528 kalori olduğu halda 100 qr. sadə dondurmada təxminən 200 kalori var. Çelik dondurmadakı kalori miqdarının digər şirniyyatlara nisbətən aşağı olmasını onun sadə halda müqayisə edilməsi ilə əlaqələndirir. Belə ki, əgər söhbət meyvəli dondurmadan gedirsə bu zaman kalori dəyəri 75-100 kalori artır. Sağlam qidalanan hər bir şəxs həftədə 2-3 dəfə dondurma yeyə bilər.
2. Dondurma hər nə qədər kalsium mənbəyi olsa da süd əvəzinə istifadə edilə bilməz. Sümük və dişlərin inkişafı, sağlamlığı üçün mütəmadi olaraq kalsium qəbul edilməlidir. Təxmini 3-4 top dondurmanın tərkibindəki kalsium miqdarı ilə 1 stəkan südün tərkibində olan kalsium miqdarı bərabərdir. Lakin süd yerinə dondurma istifadə etmək yanlışdır. Mütəxəssis buna səbəb olaraq dondurmanın tərkibindki şəkər miqdarının yüksək olmasını göstərir. Bu da artıq çəki və yağlanma kimi problemləri özü ilə birlikdə gətirir.
3. “Dondurma uşaqlarda piylənməyə səbəb olur” fikri də doğru bilinən yanlışlar arasındadır. Sağlam bir həyat yaşamaq üçün alınan enerji ilə sərf olunan enerjinin tarazlığı qorunmalıdır. Yüksək şəkər olan qidaların tez-tez və həddindən artıq qəbul edilməsi, bu tarazlığın pozulmasına səbəb ola bilər. Bu səbəbdən də uşaqlarda piylənmə meydana gəlməsi mümkündür. Uşaqların sevimlisi olan bu qidanın tərkibində vitamin və minerallarla bərabər, şəkər və qlikoza da mövcuddur ki bu da yağlanmaya səbəb olur. Məhz bu səbəbdən də dondurmanın yeyilmə sıxlığı azaldılmalıdır.
4. “Pasterizə edilməmiş süddən hazırlanmış dondurma təhlükəsizdir” süd tez xarab olan məhsuldur. Bu səbəbdən də donurmanın tərkibindəki südün zərərsiz olması mütləqdir. Bunun üçün ən uyğun məhsul isə pasterizə edilmiş süddür.
5. Dondurmadan şəkərli diabet xəstələrinin stifadə etməsi tövsiyə edilmir. Dietoloq Ezgi Hazal Çelik söyləyir ki, dondurmanın tərkibindəki şəkər, qlikoza-fruktoza həzm sistemindən çox tez sorulur və qana daxil olur, bu da insulin səviyyəsini sürətlə yüksəldir. Diabet xəstələrini özlərinə uyğun paylarda süd məhsulları və meyvələrə evdə hazırlanmış dondurmadan istifadə edə bilər.

Banu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA