Salyanda nasos stansiyalar vasitəsi ilə 46 min hektar əkin sahəsi suvarılır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
15-09-2023, 11:52
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Salyan Suvarma sistemləri idarəsinin rəisi Rövşən Məmmədov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Salyan Suvarma sistemləri idarəsinin rəisi Rövşən Məmmədov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Rövşən Məmmədov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Salyanda nasos stansiyalar vasitəsi ilə 46 min hektar əkin sahəsi suvarılır
Salyan rayonunda aparılan meliorativ tədbirlər nəticəsində əkin sahələri normal qaydada suvarılır. Rayonda fəaliyyət göstərən fermerlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Salyan Suvarma Sistemləri İdarəsi tərəfindən mütəmadi olaraq tədbirlər görülür. Suvarma mövsümü öncəsi kanallarda lildən təmizləmə işləri aparılır, hidrotexniki qurğular və nasos stansiyalar təmir olunur. Ümumiyyətlə Salyan rayonunun suvarılan torpaq sahəsi 46 min hektardan artıqdır. 2023-cü ildə bu sahələrdə 17292 hektar dənli bitkilərdən, 9150 hektarı əkilməsi nəzərdə tutulan pambıq sahəsindən, 15301 hektarı yem bitkilərindən, 820 hektarı bostan-tərəvəz bitkilərindən, 510 hektarı çoxillik bağlardan, 3752 hektarı isə həyətyanı sahələrindəki əkinlərdən ibarətdir. Hazırda rayonda suvarma nasos stansiyalar vasitəsi ilə davam edir.
Dənli bitkilərin 16879 hektarı taxıl olmaqla, çıxış suyundan sonra, birinci vegetasiya suyunun verilişi tamamlanıb, hazırda ikinci vegetasiya suyunun verilməsi davam edir. Bu günə kimi pambıq üzrə 8377 hektara arat suyu, 307 hektara isə səp-suvar üçün su verilməklə işlər davam edir. Fermerlər görülən meliorativ tədbirlərə görə, əkin sahələrini asanlıqla suvara bildiklərini söyləyirlər.
2023-cü ilin suvarma mövsümünə hazırlıq məqsədilə Salyan Suvarma Sistemləri suvarma kanallarında lildən təmizlənmə işlərini ilin əvvəlindən aparıb. Hazırda bu istiqamətdə işlər davam edir. Bundan başqa su itkisinin qarşısının alınması məqsədilə də torpaq məcralı kanallar beton üzlüyə alınır. Uzunluğu 3,7 km olan və 250 ha əkin sahəsinə xidmət göstərən suvarma kanalında 1,1 km məsafədə beton üzlük işləri həyata keçirilib.
Qeyd edək ki, Salyan Suvarma Sistemləri İdarəsinin balansında 46 min hektardan artıq suvarılan torpaq sahəsi mövcuddur ki, bu sahələrin suvarılması mexaniki üsulla aparılır. Mexaniki suvarmanı həyata keçirmək üçün isə daim nasos stansiyalarda sazlama və təmir işləri aparılır.