zamanlabirge.az
zamanlabirge.az

Gənclərin yad təsirlərdən qorunması üçün həm ailə daxilində, həm də təhsil ocaqlarında tərbiyəvi işlər aparılmalıdır

19-09-2020, 10:45

Gənclərin yad təsirlərdən qorunması üçün həm ailə daxilində, həm də təhsil ocaqlarında tərbiyəvi işlər aparılmalıdır Yusif Babanlı
Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasının prorektoru, professor


Hər bir demokratik dövlətinin qarşısında duran əsas məsələlərdən biri də gələcəyini etibar edəcəyi sağlam düşüncəli yeni nəslin yetişdirilməsidir!
Məlum məsələdir ki, sağlam əqidəyə malik olmaq, sağlam düşncə ilə bağlıdır. Bütün bunların da kökündə fiziki və mənəvi cəhətdən sağlam tərbiyə olunan gənclərimiz durur. Vətənpərvərlik hisslərinin tərbiyə edilməsinin əsas mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda fəda etmək, həmçinin milli-mədəni dəyərlərin qorunması, təbliği və s. əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün aid olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də hallanır. Vətəninin milli-mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir. Vətənpərvərliyin kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümummilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir.
Dövlətimizin gənclər siyasətinin əsas məqsədi də məhz gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakını artırmaq, ölkənin gələcək inkişafında məsuliyyətini yüksəltməkdən ibarətdir. Cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Aparılan uğurlu siyasətin nəticəsidir ki, artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkədə aparılan islahatlarda gənclərin önə çəkilməsi, idarəçilikdə onlara göstərilən etimad bir daha bunu sübut etdi ki, artıq Azərbaycanda yüksək intellekte malik, vətənpərvər, işini mükəmməl bilən gənclər ordusu formalaşıb. Bundan sonra da gənclərdə milli mənlik şüurunun daha da inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin artırılması əsas prioritet məsələlərdən olmalıdır. Milli-mənəvi dəyərlərin qorunması üçün ən yaxşı vasitə təbliğat və təhsildir. Gənclər arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətndə işlər görülməli, onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilməlidir. Xüsusən bu istiqamətdə təhsil prosesinin keyfiyyətini artırmalı, elmi-nəzəri və metodiki tövsiyələr işləyib hazırlanmalı, normativ-hüquqi bazanın yaradılmasına nail olunmalıdır. Gənclərin yad təsirlərdən qorunması üçün həm ailə daxilində, həm də təhsil ocaqlarında tərbiyəvi işlər aparılmalıdır. Bütün bunlar aidiyyatı strukturların bilavasitə nəzarəti altında məqsədyönlü şəkildə aparılmalıdır.
Tələblərin vətənpərvərlik tərbiyəsindən danışarkən ulu öndər Heydər Əliyev deyərdi: “Hər bir gənc vətənprvər olmalıdır. Vətənpərvərlik gərək insanın qəlbində olsun. Borc o demək deyildir ki, vətənpərvərlik tələb edirsən, o da vətənpərvər olur. Vətənpərvərlik hissinin hər bir gəncin qəlbində olması üçün lazımi tədbirlər görülməlidir”. Bizdə öz növbəmizdə Ulu Öndərin sözlərini rəhbər tutaraq gənclərimizin milli mənəvi ruhunun yüksək olması və vətənpərvəlik hissinin inkişafı üçün bütün imkanlarımızdan istifadə edərək təbliğat və təhsil məsələrinə daha ciddi yanaşmalıyıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA