zamanlabirge.az
zamanlabirge.az

"On minlərlə vətəndaş döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər" - RƏSMİ

2-10-2020, 15:44

"On minlərlə vətəndaş döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər" - RƏSMİ Ali Baş Komandanın müvafiq Sərəncamı ilə ölkədə qismət səfərbərlik elan edilib.
Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bildirib.
Onun sözlərinə görə, qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox, on minlərlə vətəndaş Xidmətin Aparatına və yerli struktur bölmələrinə müraciət edərək ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər: "Vətəndaşların bu ruh yüksəkliyi və çoxsaylı müraciətlərinin nəticəsidir ki, proses uğurla həyata keçirilir və onlar təlimlərə cəlb edilirlər. Biz vətənpərvərlik nümayiş etdirərək döyüşlərə könüllü qatılmaq arzusunda olan çoxsaylı vətəndaşlara bir daha təşəkkür edirik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA