zamanlabirge.az
zamanlabirge.az

Deputatdan zabitlərlə bağlı TƏKLİF

6-10-2020, 12:54

Deputatdan zabitlərlə bağlı TƏKLİF “Gələcəkdə qanunvericilikdə kadr zabit heyətinin bəlli bir testə tabe olması, xüsusilə ehtiyata buraxılan zabitlərin vaxtaşırı testlə yoxlanılmasını təmin etməliyik”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
O, müharibə şəraitində olduğumuzu vurğulayıb: “Ehtiyatda olan zabitlərin testdən keçirilməsi vacibdir”.
Deputat təklif edib ki, parlament adından müraciətlə yanaşı, parlamentə daxil olan 11 siyasi partiyanın adından da ayrıca müraciətlər edilsin: “Parlament partiyaları mexanizmini işlək hala gətirməliyik. Avropa ölkələrində partiyaların müraciətlərinə daha diqqətlə yanaşmalarını müşahidə edirik”.
Spiker Sahibə Qafarova bunun çox yaxşı mexanizm olduğunu qeyd edib: “Gələcəkdə biz bunu nəzərə alarıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA