zamanlabirge.az
zamanlabirge.az

Sülhməramlılara aid daha iki avtomobil Laçın yolundan keçib

26-01-2023, 10:29

Sülhməramlılara aid daha iki avtomobil Laçın yolundan keçib Bu gün Rusiya sülhməramlılarına məxsus 2 avtomobil Laçın yolundan keçib. Avtomobillərin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb. Avtomobillər Xankəndidən Laçın istiqamətinə gedib.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 46 gündür davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA