zamanlabirge.az
zamanlabirge.az

Bakı Ali Neft Məktəbinin tələbələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində təcrübə keçib

27-08-2019, 16:17

Bakı Ali Neft Məktəbinin tələbələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində təcrübə keçib İçməli su sektorunda unikal qurğulardan sayılan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi müxtəlif sahələri təmsil edən mütəxəssislərin diqqət mərkəzindədir. İstehsalat və təhsil müəssisələri arasında əməkdaşlıq çərçivəsində Bakı Ali Neft Məktəbinin Proseslərinin Avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri Ultrasüzgəcli Sutəmizləyici Qurğular Sahəsində təcrübə keçib.
Ümumilikdə təcrübə proqramından ali məktəbin 29 tələbəsi yararlanıb. Təcrübə proqramının effektli olması üçün 29 tələbə 4 qrup şəklində 2 növbəli formada 1 ay müddətində qurğuda təcrübədə olub. Təcrübənin məqsədi tələbələrə emal prosesləri, nəzarət ölçü cihazları, avtomatika avadanlıqları və SCADA sistemləri haqqında məlumat vermək, onlar üzərində praktiki işlərin aparılmasından ibarət olub.
Qurğuda müxtəlif proseslərdə ölçmələri aparmaq üçün quraşdırılmış təzyiq, temperatur, səviyyə, sərf ölçənlər və suyun keyfiyyət göstəricilərin haqqında məlumat verilib və cihazların iş prinsipləri, quraşdırma qaydaları, istismar şərtləri tələbələrin diqqətinə çatdırılıb.
Qeyd edək ki, 2011-ci ildə təməli qoyulmuş kompleks 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan kompleksdə suyun emalı 5280 ədəd membran tipli süzgəclərdə aparılır. Bu kompleksdə su heç bir kimyəvi təmizlənmə aparılmadan tam qapalı, avtomatik rejimdə, mexaniki üsulla təmizlənir. Burada emal olunan su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir. Kompleks 2016-cı ildə Abu-Dabi şəhərində keçirilmiş Qlobal Su Sammitində dünyanın ən önəmli su layihələrindən biri seçilib. Bu kompleks hesabına Bakı şəhəri və Abşeron yarımadasının böyük hissəsi, ümumilikdə 1 milyondan çox sakin yüksək keyfiyyətli içməli su ilə təmin olunub.

Bakı Ali Neft Məktəbinin tələbələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində təcrübə keçibBakı Ali Neft Məktəbinin tələbələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində təcrübə keçibBakı Ali Neft Məktəbinin tələbələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində təcrübə keçib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA