zamanlabirge.az
zamanlabirge.az

Alan da tutuldu, satan da - Şabranda ƏMƏLİYYAT

2-05-2019, 15:34

Alan da tutuldu, satan da - Şabranda ƏMƏLİYYAT Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini X.Babayev saxlanılıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, ondan çəkisi 414 qram marixuana aşkar edilərək götürülüb.
​Davam etdirilən tədbirlərlə onun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyənləşdirilib. Narkotik vasitəni ona satmaqda şübhəli bilinən şəhər sakini M.Quliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun yaşadığı evdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı oradan narkotik vasitə olan marixuana, 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi, 12 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür.
​Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA