zamanlabirge.az
zamanlabirge.az

Azərbaycanda qısqanclıq zəminində qətl: atasının çayxanasına çağırıb.... - DƏHŞƏT

10-05-2019, 10:59

Azərbaycanda qısqanclıq zəminində qətl: atasının çayxanasına çağırıb.... - DƏHŞƏT Biləsuvarda qətl törədilib.
Hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.
Kənd sakini, 1990-cu il təvəllüdlü Rafiq Mehtiyev həmkəndlisi 1992-ci il təvəllüdlü Elton Məmmədov öldürüb. Bildirilir ki, R.Mehtiyevlə E.Məmmədov arasında qısqanclıqla bağlı aralarında problem yaranıb.
Rafiq Mehtiyev məsələni həll etmək üçün Elton Məmmədovu atasına məxsus çayxanının yanına çağırıb. Bundan sonra R.Mehtiyev E.Məmmədova məxsus "VAZ 21011" avtomobilə minərək sonuncunun döş qəfəsindən bıçaqla zərbə vurub.
E.Məmmədov hadisə yerində keçinib.
Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Mehtiyev hüquq- mühafizə orqanları tərəfindən saxlanılıb.
Araşdırmalar davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA