zamanlabirge.az
zamanlabirge.az

Ölümcül halda xəstəxanaya çatdırıldı - BAKIDA KAFEDƏ QANLI DAVA

13-03-2020, 11:04

Ölümcül halda xəstəxanaya çatdırıldı - BAKIDA KAFEDƏ QANLI DAVA Bakıda kafedə bıçaqlanma hadisəsi olub.
Nəsimi rayonu, 3-cü mikrorayon Alı Mustafayev küçəsində yerləşən "Qalaaltı” kafesində Quba rayon sakini, 1984-cü il təvəllüdlü Ələkbərov Natiq Həsənpaşa oğlu Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü İbrahimov Gəncağa Qələndər oğlunu bıçaqlayıb. Belə ki, gecə saat 03:30 radələrində kafedə dava-dalaş düşüb. Bu zaman N.Ələkbərov Gəncağaya hücum edərək ona bıçaqla çoxsaylı zərbələr endirib.
Döş qəfəsinin həm sağ, həm də sol nahiyəsindən, eləcə də ağciyər və qarın nahiyələrindən ağır xəsarət alan şəxs Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Hadisəni törədən şəxs saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi açılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA