zamanlabirge.az
zamanlabirge.az

Rusiya o bölgəyə yenidən ordu göndərir - ABŞ-la QARŞI-QARŞIYA

8-04-2020, 22:28

Rusiya o bölgəyə yenidən ordu göndərir - ABŞ-la QARŞI-QARŞIYA Rusiya Suriyanın şimal-şərqində yerləşən PKK/YPG terror təşkilatının işğalındakı Qamışlı rayonunda hərbi mövqeyini gücləndirir.
ötən gün Qamışlıdakı hərbi düşərgəyə 50 avtomobillik konvoy göndərilib.
Zirehli və piyada döyüş maşınları ilə tanklardan ibarət konvoy Türkiyə Silahlı Qüvvələrinin "Barış pınarı" hərəkatını keçirdiyi bölgənin yaxınlığından Qamışlıdakı hava limanına istiqamətlənib.
"Barış pınarı" əməliyyatından sonra Qamışlı hava limanındakı mövqeyini fabrik evlərlə genişləndirən Rusiya daha əvvəl burada ən az 200 əsgər, onlarla zirehli avtomobil və tank, 6 hərbi helikopterlə yerləşmişdi. Rus komandirlər isə bölgədə müsadirə etdikləri villalarda yaşayır.
Rusiyanın əlavə hərbi qüvvə göndərməklə ABŞ ordusunun yerləşdiyi Rumeylan neft sahəsinə təzyiqini artırmasını hədəflədiyi gözlənilir.
Qeyd edək ki, Türkiyənin PKK-ya qarşı "Barış pınarı" hərəkatını 9 oktyabr 2019-cu ildə başlatması ilə ABŞ əsgərlərinin Suriyanın şimalında boşaltdığı bəzi bazalara rus əsgərləri yerləşdirilmişdi./publika.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA