zamanlabirge.az
zamanlabirge.az

Nyu-York qubernatoru son ölüm sayını dəhşətli xəbər adlandırdı

12-04-2020, 11:23

Nyu-York qubernatoru son ölüm sayını dəhşətli xəbər adlandırdı Nyu-York ştatında koronavirusdan ölənlərin sayı son gündə 783-ə çatıb. Bununla da ştat üzrə ölənlərin sayı 7444-dən 8627-ə yüksəlib.
Bunu Nyu-York ştatının qubernatoru Endryu Kuomo şənbə günü keçirilən mətbuat konfransında bildirib.
"Dəhşətli xəbərdir, son sutka ərzində 783 nəfər öldü. Bu, qeydə alınan ən yüksək rəqəm deyil", deyə Kuomo əlavə edib.
Onun sözlərinə görə, aprelin 8-də 799 ölüm qeydə alınsa da, bir gün sonra – aprelin 9-da bu rəqəm 777 olub. Lakin yenidən ölüm sayı yüksələn xətt üzrə inkişaf edib: "Göründüyü kimi, göstəricilər bir qədər sabitləşmişdi, ancaq yenidən dəhşətli səviyyəyə qalxdı”.
O, yoluxanların sayında isə azalmanın müşahidə edildiyini bildirib.
Qubernator insanlara qoyulmuş məhdudiyyətlərin nə vaxt ləğv edilməsi ilə bağlı hələ heç bir qərarın olmadığını deyib: "Hər kəs eşitmək istəyir ki, xüsusi rejim iki həftə, üç və ya dörd həftə sonra bitəcək. Konkret tarix deyə bilməyəcəyəm”.
Qeyd edək ki, Cons Hopkins Universitetinin məlumatına görə, bu günədək ABŞ-da 503,5 mindən çox koronavirus infeksiyası qeydə alınıb, 18,8 mindən çox insan ölüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA