zamanlabirge.az
zamanlabirge.az

Əfqanıstan hakimiyyəti ilə “Taliban” arasında danışıqlar Qətərdə keçiriləcək

8-06-2020, 10:17

Əfqanıstan hakimiyyəti ilə “Taliban” arasında danışıqlar Qətərdə keçiriləcək Ölkədəki vəziyyətin nizamlanmasına dair Əfqanıstan hakimiyyəti və "Taliban” hərəkatı arasında danışıqlar Qətərdə keçiriləcək.
Münaqişə tərəfləri arasında danışıqların Qətərdə keçirilməsinə dair ilkin razılıq əldə olunub. Danışıqların keçiriləcəyi dəqiq vaxt barədə məlumat verilməsə də, onların əsirlərin azad edilməsi üzrə öhdəliklərin yerinə yetirilməsindən sonra baş tutacağı bildirilir.
Qeyd edək ki, fevralın 29-da Doha şəhərində "Taliban” hərəkatı və ABŞ arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, martın 10-dan etibarən "Taliban” hərəkatı və Əfqanıstandakı digər tərəflər arasında danışıqlar və atəşkəs rejimi başlamalı idi. Danışıqlardan öncə etimadın möhkəmlənməsi üzrə tədbirlər qismində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusunun taliblərin əsirliyindəki minə yaxın əməkdaşı azadlığa buraxılmalıdır.
Hazırda Əfqanıstan hakimiyyəti "Taliban” hərəkatının 2,7 minə yaxın tərəfdarını, taliblər isə hökumət qüvvələrinin 450-dən çox əməkdaşını əsirlikdən azad edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA