zamanlabirge.az
zamanlabirge.az

Xəstəxanasının tualetində gizlincə doğum etdi - Qandonduran İFADƏLƏR

26-06-2020, 15:20 7 dəfə baxılıb

Xəstəxanasının tualetində gizlincə doğum etdi - Qandonduran İFADƏLƏR Türkiyənin Antalya vilayətində uşağını zibil qabına atan anaya 16 il həbs cəzası verilib.
Yerli KİV-ə istinadla bildiririk ki, 2018-ci ildə 18 yaşlı Hande Arıkan nişanlısı 22 yaşlı A.K-dan hamilə qalıb. Ancaq bunu hər kəsdən gizlədən qız Atatürk Dövlət Xəstəxanasının tualetində gizlincə doğum edərək, uşağı zibil qutusuna atıb. Hande.A doğum etdiyini gizlətdiyi üçün xəstəxananın bütün tualet və zibil qutularına baxış keçirilməsi təlimatı verilib. Axtarışlar zamanı uşağın cansız bədəni zibil qutusunda tapılıb.
Antalya 2-ci Sülh Cəza hakimliyində istintaqa cəlb olunan qız, "Ailəmdən gizlin nişanlım ilə cinsi əlaqədə olduq. Onlar bilməsin deyə, qorxumdan doğulan uşağı zibil qutusuna atdım. Uşağın sağ doğulduğunu bilmədim. Buna görə də, qutunu qapaqla bağladım. Öldürmək məqsədim yox idi. Hadisəni kimsə bilməsin deyə belə etdim. Peşmanam” deyə danışıb.
Uşağın atası sayılan nişanlısı A.K da Hande.A-dan şikayətçi olub. Məhkəmə "amansızca öz qanından olan qohumun həyatına qəsd etmək” maddəsilə təsqirkara ömürlük həbs cəzası verdi. Lakin sonradan onun istintaq prosesindəki davranış qaydalarına nəzər salan hakim, cəzanın müddətini 16 ilə salıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA