zamanlabirge.az
zamanlabirge.az

ABŞ-da iki təyyarə toqquşdu: biri deputat olmaqla 6 nəfər öldü

1-08-2020, 11:27 2 dəfə baxılıb

ABŞ-da iki təyyarə toqquşdu: biri deputat olmaqla 6 nəfər öldü ABŞ-ın Alyaska ştatının Soldotna şəhərindəki hava limanı yaxınlığında iki kiçik təyyarənin toqquşması nəticəsində 7 nəfər ölüb.
Bu barədə ştatın ictimai təhlükəsizlik idarəsinin yaydığı məlumatda bildirilib. Ölənlərin arasında nümayəndələr palatasının ştatdan olan deputatı Harri Knopp da var.
Məlumata görə, təyyarələrin birində altı nəfər, digərində bir nəfər - yerli siyasətçi Harri Knopp olub. Altı nəfərin hadisə yerində, digərinin isə xəstəxanaya aparılarkən yolda öldüyü bildirilir.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Federal Mülki Aviasiya İdarəsi hadisəni araşdırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA