zamanlabirge.az
zamanlabirge.az

Baş nazir: Gürcüstanda pandemiyanın ikinci dalğası başlayıb

10-09-2020, 15:04

Baş nazir: Gürcüstanda pandemiyanın ikinci dalğası başlayıb Gürcüstanda koronavirus pandemiyasının ikinci dalğası başlayb.
Bunu ölkənin baş naziri Georgi Qaxariya hökumətin iclasında deyib.
O bildirib ki, payız aylarında ikinci dalğa gözlənilirdi: “Ona görə də, əsas odur ki, təşvişə səbəb yoxdur. Biz ikinci dalğanı gözləyirdik və proses başlayıb. Vəziyyət tam nəzarət altındadır”.
Qeyd edək ki, Gürcüstanda yoluxma hallarının artması ilə əlaqədar bır sıra məhdudiyyətlər tətbiq edilib və ya sərtləşdirilib.
Belə ki, qapalı və açıq məkanlarda 200 nəfərdən çox adamın iştirak etdiyi tədbirlərin keçirilməsi qadağan edilib, gecə klublarının fəaliyyəti dayandırılıb, teatr və kinoteatrların açılması noyabrın 1-dək təxirə salınıb, məktəblərdə dərs ilinin başlaması ilə əlaqədar tədbirlərin keçirilməsi qadağan edilib, uşaq bağçalarında təlimlərin başlaması oktyabrın 1-ə keçirilib. Bundan başqa, ictimai nəqliyyatda yalnız tibbi maska ilə hərəkətə icazə verilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA