zamanlabirge.az
zamanlabirge.az

Əsrlik sirr çözülmür – Bu adada hər kəs 100 ildən çox yaşayır

25-09-2020, 15:57

Əsrlik sirr çözülmür – Bu adada hər kəs 100 ildən çox yaşayır İtaliyanın ikinci böyük adası olan Sardiniya, yüz yaşdan yuxarı insanların ən çox yaşadığı yer olaraq bilinir. "Mavi Xətt" adlanan bu bölgədə uzun ömürlülüyün sirri tam məlum deyil.
İtaliyanın cənnət adası ilə bağlı bəzi maraqlı məlumatları sizə təqdim edirik: Sardiniya İtaliyanın ən əhəmiyyətli adalarından biridir. Bura həm də Aralıq dənizindəki ikinci böyük adadır. Təbii gözəlliyi və köklü tarixi ilə turistlərin diqqət mərkəzinə çevrilən adanın, hətta alimləri belə mat qoyan xüsusiyyəti var.
Bu tarixi ada dünyada əsasən 100 yaşdan yuxarı insanların yaşadığı yer kimi də tanınır. Adanın kiçik şəhərləri, xüsusilə dəniz kənarında, uzunömürlü insanları ilə tanınır.
"Mavi Xətt" kimi tanınan Sardiniyanın bu xüsusiyyəti də elm adamlarının diqqətini çəkib. Bir çox tədqiqatçılar uzunömürlülüyün sirrini açmaq üçün həmin bölgəyə gəlib.
Sardiniya adasında yerləşən Arzana qəsəbəsi yüz yaşdan yuxarı insanların daha çox yaşadığı yerlərdən biridir. Bu kiçik şəhər müstəqil bir yaşayış məntəqəsidir.
Alim David Robson adanın bu hissəsində uzunömürlülüyün sirlərini araşdırıb. Robsonun məqsədi bu sirr pərdəsini açmaq idi.
Nəzərinizə çatdıraq ki, koronavirus epidemiyasından ən çox əziyyət çəkən ölkələrdən biri olan İtaliyada da ölüm nisbəti çox yüksək idi. Bunun bir səbəbi də yaşlı əhalinin çox olması idi.
Bununla birlikdə, regional təcrid bu uzun ömrün sirrini izah etmək üçün kifayət deyil. Çünki dünyada minlərlə ada var. Üstəlik, bir çoxu üçün orta ömür Sardiniyanın ömrünün yarısıdır. Robsonun araşdırmasına görə, bu məqamda mədəni amillər və həyat vərdişləri də meydana çıxır. Buradakı ən böyük pay, şübhəsiz ki, pəhrizlə bağlıdır.
Təəssüf ki, əsrlik sirrin üstü hələ də tam açılmayıb. Bu adada qeyd etdiyimiz kimi, hər kəs 100 ildən çox yaşayır. Tədqiqatlar göstərir ki, Sardiniyada dünyanın əksinə, qadınlar deyil, kişilər daha uzun ömür sürürlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA