Nigeriyada ştat qubernatorunun karvanına hücum olunub, 15 nəfər ölüb
Nigeriyanın Borno ştatının qubernatoru Babaqan Umar Zulumun karvanına İŞİD terror qruplaşması ilə əlaqəli silahlılar hücum ediblər.
Hücum Baqa şəhərinin yaxınlığında Çad gölünün sahilində baş verib.
Bildirilir ki, hücum nəticəsində 15 nəfər, o cümlədən 8 polis əməkdaşı, 4 hökumətyönlü silahlı və 3 əsgər həlak olub.
Məlumata əsasən, qubernator hücum nəticəsində xəsarət almayıb, o, helikopterlə Monquno şəhərində təxliyə edilib.