zamanlabirge.az
zamanlabirge.az

Tağıyevin nəvəsi Fransa mediasında ölkəmizin mövqeyini müdafiə etdi

3-10-2020, 14:01

Tağıyevin nəvəsi Fransa mediasında ölkəmizin mövqeyini müdafiə etdi Fransanın “Grand Continent” xəbər portalında "Dağlıq Qarabağ müharibəsi" ("Nagorno-Karabakh: la guerre des récits") başlıqlı məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan və Ermənistan arasında gedən müharibədən bəhs edən məqalədə görkəmli Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevin nəslinin davamçısı Alban Klodun (Alban Claude) fikirlərinə də yer verilib. O xatırladıb ki, Ermənistanın işğalçı siyasəti nəticəsində milyona yaxın azərbaycanlı öz doğma yurdundan didərgin salınıb.
"Bu, dunyadakı məcburi köçkünlərin ən böyük kontingentlərindən biridir. Təəssüf ki, ATƏT-in Minsk qrupu ölkələrinin bu məsələyə marağının az olması və danışıqları uzatması nəticəsində, indiyə qədər nəzərəçarpan bir irəliləyiş əldə olunmayıb. Əgər Fransanın Qafqazda dünya dövləti kimi hərəkət etməyə istəyi, marağı, imkanı yoxdursa, öz yerini möhkəm sülhün yaranmasında iştirak etmək niyyətində olan əsl neytral ölkəyə təhvil verməlidir", - deyə A.Klod vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA