zamanlabirge.az
zamanlabirge.az

Türkiyədə qeyri-adi kənd: Kameralar nəyi çəkdi?

2-12-2020, 13:14

Türkiyədə qeyri-adi kənd: Kameralar nəyi çəkdi? Bursaya 44 km məsafədə yerləşən Eskikaraağaç kəndi 2011-ci ildə Avropa Təbiət Mirası Fondu tərəfindən “Avropa leylək kəndi” seçilib.
Avropadakı leylək kəndləri şəbəkəsinin Türkiyədəki tək məskəninə leyləklər hər iyun ayından gəlməyə başlayır və balalama zamanlarını burada keçirirlər. İldə 30-40 leyləyin gəldiyi kənddə və Uluabat gölü ətrafında onların insan ovuna tuş gəlməməsi üçün səylər göstərilir, işlər görülür. Belə ki, kəndə uçan bütün leylək ailələri və sayları müşahidə evi tərəfindən nəzarətdə saxlanılır. Kameralarla leyləklərin çöl həyatı və qaçaq ovçuları izlənilir.
Müşahidə evinin içindəki kiçik muzeydə bölgədə yaşayan müxtəlif növ quşlar haqqında da məlumatlar var.
Kənddə təxminən üç ay qalan leyləklər avqust ayından yuvalarını tərk edərək isti ölkələrə köç etməyə başlayırlar.
Türkiyədən başqa, Macarıstan, Slovakya, Polşa, Bolqarıstan, İspaniya, Slovenya, Xorvatiya, Yunanıstan, Almaniya, Makedoniya, Serbiya, Rumıniya, Avstriya və İsveçrə də “Avropa leylək kəndləri” şəbəkəsinə daxildir və bu ölkələrdə də “Leylək kəndi” statusunu daşıyan yerlər var. Eskikaraağaç kəndindəki müşahidə evinin divarlarında bu Avropa leylək kəndləri haqqında ətraflı məlumatlar asılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA