zamanlabirge.az
zamanlabirge.az

Yaponiya yeni benzin avtomobillərinin satışını dayandırmağı planlaşdırır

3-12-2020, 14:13

Yaponiya yeni benzin avtomobillərinin satışını dayandırmağı planlaşdırır Yaponiya 2030-cu illərin ortalarında benzin mühərriki ilə ilə işləyən yeni avtomobilləri satışdan çıxaracaq, hazırda bu məsələnin razılaşdırılması ölkənin İqtisadiyyat, Sənaye və Ticarət Nazirliyi tərəfindən həyata keçirilir.
2030-cu illərin ortalarında satışa çıxarılan bütün yeni avtomobillər hibrid, elektrik və ya hidrogen mühərrikinə malik olacaq.
Buna Yaponiya Baş naziri Yoşihide Suqanın Yaponiyanın 2050-ci ildə istixana qazı tullantılarını sıfıra endirmək niyyətilə bağlı bəyanatı təkan verib. Gözləntilərə görə, İqtisadiyyat, Sənaye və Ticarət Nazirliyi benzin mühərriklərindən imtina etmək məqsədi qoyarsa, bu, istehsalçıların elektrik mühərrikləri sahəsinə olan marağını artıracaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA