zamanlabirge.az
zamanlabirge.az

Ukraynadan Moldovaya gələn daha 174 azərbaycanlı bu gün Rumıniyaya keçiriləcək

28-02-2022, 10:36

Ukraynadan Moldovaya gələn daha 174 azərbaycanlı bu gün Rumıniyaya keçiriləcək Ukraynadakı vəziyyətlə əlaqədar Moldovaya gələn daha 174 azərbaycanlı bu gün Rumıniyaya keçiriləcək.
Bunu Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib.
Q.Osmanovun sözlərinə görə, hazırda Moldovada 500-ə yaxın azərbaycanlı Azərbaycana təxliyə olunmasını gözləyir.
“Ukraynadan gələn hər bir vətəndaşımızı müxtəlif yerlərə yerləşdirmişik. Heç kim çöldə qalmayıb. Bu gün Moldovadan 174 vətəndaşımızı Rumıniyaya aparacağıq və oradan təyyarə ilə vətənimizə yola salacağıq. Rumıniya və Bolqarıstanla aramızda viza rejiminin olmasına baxmayaraq mövcud vəziyyətlə bağlı vizaya ehtiyac yoxdur. Aparılan danışıqlar nəticəsində artıq Ukraynada yaşayan vətəndaşlarımız oradan öz avtomobilləri ilə Moldovya keçə bilər. Avtomobil marşrutu Ukrayna, Moldova, Bolqarıstan, Türkiyə, Gürcüstan sonra isə Azərbaycana getmək olar. Bu gündən avtomobillə gələnlərin sayı daha çox olacaq. Sabah iki nəfər Xarici İşlər Nazirliyindən əməkdaş bizə kömək etmək üçün Moldovaya gələcək”, - deyə Q.Osmanov bildirib.
Qeyd edək ki, yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi ilə +373 781 81 361, +373 789 91 849, +373 222 32 277 nömrələri ilə və [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.
Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA