zamanlabirge.az
zamanlabirge.az

Aİ, ABŞ və daha 11 ölkə "Talibanı" qadınların QHT-lərdə işləməsinə qoyulan qadağanı ləğv etməyə çağırıb

29-12-2022, 11:14

Aİ, ABŞ və daha 11 ölkə "Talibanı" qadınların QHT-lərdə işləməsinə qoyulan qadağanı ləğv etməyə çağırıb ABŞ da daxil olmaqla 12 ölkənin xarici işlər nazirləri, eləcə də Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Əfqanıstanın "Taliban" hərəkatının yaratdığı müvəqqəti hökuməti qadınların qeyri-hökumət təşkilatlarında (QHT) işləməsinə qoyulan qadağanı ləğv etməyə çağırıblar.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı birgə bəyanatda bildirilib.
"Avstraliya, Böyük Britaniya, Almaniya, Danimarka, İtaliya, Kanada, Niderland, Norveç, ABŞ, Fransa, İsveçrə, Yaponiya və Aİ-nin xarici siyasət idarəsinin rəhbəri "Taliban"ın qadınların QHT-lərdə işləməsini qadağan edən ehtiyatsız və təhlükəli əmrindən dərin narahatdırlar. Çünki bu qərar yaşamaq üçün humanitar yardımdan asılı olan milyonlarla əfqanıstanlını təhlükə altına qoyur. Biz "Taliban"ı təcili olaraq bu qərarı ləğv etməyə çağırırıq", - deyə birgə bəyanatda deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA