zamanlabirge.az
zamanlabirge.az

Braziliyada 3 günlük matəm elan edilib

30-12-2022, 12:11

Braziliyada 3 günlük matəm elan edilib Üçqat dünya çempionu Pelenin vəfatından sonra Braziliyada üç günlük matəm elan edilib.
Sənəd “Diário Oficial da União” hökumət qəzetində dərc olunub.
Sənədə görə, Pelenin vəfatı ilə əlaqədar bu fərmanın dərc edildiyi gündən etibarən üç günlük rəsmi ümummilli matəm elan edilir.
Qeyd edək ki, braziliyalı üçqat dünya çempionu Pele ilə vida mərasimi ona doğma olan “Santos” futbol klubunun San-Paulu ştatının eyniadlı şəhərindəki stadionunda keçiriləcək.
Qeyd edək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib.
Veteran futbolçu sonradan bir neçə dəfə xəstəxanaya yerləşdirilib.
Pele tarixdə yeganə oyunçudur ki, futbolçu kimi üç dəfə (1958, 1962 və 1970-ci illərdə) Dünya Kubokunu qazanıb.
Dünya Kubokunun final turnirlərində o, ümumilikdə 14 oyun keçirib və onlardan 3-ü qalib finallarda olmaqla 12 qol vurub.
Ümumilikdə Braziliya millisi üçün - 92 oyunda 77 qol (1957-ci ildən 1971-ci ilə qədər).
Pele karyerası ərzində 1 279 qolla Ginnessin “Rekordlar” kitabına düşüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA