zamanlabirge.az
zamanlabirge.az

ABŞ polisi Kaliforniyada atəş açan şübhəli şəxsi daşıyan furqonu mühasirəyə alıb

23-01-2023, 11:04

ABŞ polisi Kaliforniyada atəş açan şübhəli şəxsi daşıyan furqonu mühasirəyə alıb ABŞ polisinin xüsusi təyinatlıları Monterey-Park şəhərində (Kaliforniya, ABŞ) atəş açan şəxsin ola biləcəyi furqon mühasirəyə alıb.
Bu barədə "CBS" televiziya kanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirib.
Məlumata əsasən, şübhəli bilinən şəxs intihara cəhd edib.
"[Maşının] içindəki şəxs öldü”, -deyə "ABC" telekanalının aparıcısı bildirib. O qeyd edib ki, ölən şəxsin polisin Monterey-Parkında atışma ilə bağlı axtardığı şəxs olduğuna dair hələ heç bir təsdiq yoxdur.
Şübhəli bilinən şəxsin ölümü polisin furqonun şüşələrini sındıraraq avtomobilə daxil olmasından sonra müəyyən edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA