zamanlabirge.az
zamanlabirge.az

İsveç Türkiyə ilə üçtərəfli memoranduma sadiqdir - Müdafiə Nazirliyi

26-01-2023, 10:38

İsveç Türkiyə ilə üçtərəfli memoranduma sadiqdir - Müdafiə Nazirliyi İsveç NATO-nun Madriddə keçirilən Sammiti çərçivəsində Türkiyə və Finlandiya ilə imzalanmış Üçtərəfli Memoranduma sadiqdir və diqqəti onun həyata keçirilməsinə yönəldir.
Bunu çərşənbə günü jurnalistlərə açıqlamasında İsveçin müdafiə naziri Pol Yonson deyib.
"Biz Türkiyə, İsveç və Finlandiya arasında imzalanmış üçtərəfli memoranduma əməl etməyə davam edirik və səylərimizi onun həyata keçirilməsinə yönəltmişik. NATO ilə hərbi razılaşmalarımız davam edir. Bu təşəbbüslər çərçivəsində Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla görüş nəzərdə tutulsa da, görüş ləğv edilib. Biz əvvəlki formatda danışıqların bərpasını səbirsizliklə gözləyirik", - deyə nazir bildirib.
Eyni zamanda, nazir tərəflərin "irəliləyiş əldə etdiyi" fikrini ifadə edib. "Biz NATO-ya üzv olmaq istəyirik və bunun belə olacağına inanırıq", - P.Yonson bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA