zamanlabirge.az
zamanlabirge.az

Erməni yalanı: itkin düşmüş hərbi qulluqçu tapılıb

23-03-2023, 11:12

Erməni yalanı: itkin düşmüş hərbi qulluqçu tapılıb Ermənistanın Müdafiə Nazirliyi dünən guya "Azərbaycan tərəfindən əsir götürülmüş" (ermənilərin məlumatına görə) hərbi qulluqçu haqqında bu gün məlumat yayıb.
"Martın 21-də döyüş mövqeyinə avtomobillə qida məhsulları daşıyarkən yolunu azmış hərbi qulluqçu axtarış-xilasetmə işləri nəticəsində martın 22-də tapılıb. Hərbi qulluqçunun həyatı üçün heç bir təhlükə yoxdur", - nazirliyin məlumatında deyilir.
Xatırladaq ki, ötən gün Azərbaycanın Müdafiə Nazirliyi erməni tərəfin martın 21-də Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun guya "yolunu azaraq nəqliyyat vasitəsində Azərbaycan ordusunun bölmələrinin mövqeyinə yaxınlaşaraq əsir götürüldüyünə" dair məlumatı təkzib etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA