zamanlabirge.az
zamanlabirge.az

Qazaxıstanda yaşayış evində partlayış olub, 11 nəfər xəsarət alıb

17-04-2023, 21:31

Qazaxıstanda yaşayış evində partlayış olub, 11 nəfər xəsarət alıb Qazaxıstanın Janaozen şəhərində ikimərtəbəli yaşayış evində partlayış baş verib.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, partlayış nəticəsində binanın girişi çöküb.
Bildirilir ki, partlayışda 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Qeyd edilir ki, binada qaz balonu partlayıb. Partlayışın səbəbi araşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA