zamanlabirge.az
zamanlabirge.az

ABŞ məhkəməsi məxfi məlumatların sızması ilə bağlı dinləməni aprelin 27-nə təyin edib

22-04-2023, 12:07

ABŞ məhkəməsi məxfi məlumatların sızması ilə bağlı dinləməni aprelin 27-nə təyin edib ABŞ-ın Massaçusets ştatının Dairə Məhkəməsi Pentaqonun məxfi sənədlərini saxlamaqda və yaymaqda ittiham olunan 21 yaşlı amerikalı hərbi qulluqçu Cek Teyşeyranın işi üzrə ilkin dinləmələrini aprelin 27-nə təyin edib.
Məhkəmə əvvəlcə aprelin 19-na təyin edilmişdi, lakin ABŞ federal hakimi Devid Hannessi onu təxirə saldı.
Qeyd edək ki, FTB keçən həftə ABŞ Milli Qvardiyasının Hərbi Hava Qüvvələrinin bölməsindən olan hərbi qulluqçu C.Teyşeyranı məxfi sənədləri sızdırmaqda şübhəli bilinərək saxlayıb. Daha sonra o, Pentaqonun milli müdafiə məlumatlarını qanunsuz saxlamaqda və ötürməkdə və məxfi sənədləri icazəsiz ələ keçirməkdə və saxlamaqda ittiham olunub. Birinci maddə üzrə maksimum cəza on il, ikincisi maddə üzrə isə beş ildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA