zamanlabirge.az
zamanlabirge.az

Hindistan aprelin sonuna qədər əhalinin sayına görə Çini keçəcək - BMT

25-04-2023, 10:59

Hindistan aprelin sonuna qədər əhalinin sayına görə Çini keçəcək - BMT Hindistan bu həftə əhalinin sayına görə dünya lideri olacaq.
Bu barədə BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinə istinadən "Associated Press" agentliyi məlumat yayıb.
Məlumata əsasən, aprelin sonuna qədər Hindistan əhalisinin sayı 1,425 milyarda (Çin əhaləsinin sayı - red.) çatacaq və dərhal onu keçəcək.
BMT-nin Əhali Fondunun (UNFPA) keçən həftə açıqladığı 2023-cü il Dünya Əhali Hesabatı Hindistanın bu ilin ortalarına qədər əhalisinin sayına görə təxminən 2,9 milyon nəfərlə Çini keçəcəyini göstərib.
BMT-nin məlumatına görə, 2022-ci il noyabrın ortalarında dünya əhalisinin sayı 8 milyard nəfəri keçib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA