zamanlabirge.az
zamanlabirge.az

İmran Xan Pakistanın ən böyük səhvini açıqladı: SSRİ-yə qarşı...

24-09-2019, 11:14

İmran Xan Pakistanın ən böyük səhvini açıqladı: SSRİ-yə qarşı... 11 sentyabr 2001-ci il terror aktlarından sonra ABŞ-ın Əfqanıstanda keçirdiyi əməliyyatda Pakistanın iştirakı ölkənin ən böyük səhvi idi.
"RİA-Novosti” agentliyi xəbər verir ki, bu sözləri Pakistanın baş naziri İmran Xan bildirib.
"Biz neytral qalmalı idik. Pakistan 11 sentyabrdan sonra ABŞ-ın keçirdiyi əməliyyata qoşularaq ən böyük səhvlərdən birini etdi”, - İmran Xan Nyu-Yorkda beynəlxalq münasibətlər üzrə Şurada çıxışında deyib.
Baş nazirin sözlərinə görə, əsas səhv ondan ibarət idi ki, ABŞ və Pakistan 1980-ci illərdə SSRİ ilə mübarizə üçün hazırlanan güclərə qarşı çıxış etdi. O vurğulayıb ki, Əfqanıstanda hərbi münaqişənin həllini perspektivsiz hesab edir, çünki, bunu ölkənin tarixi deyir. Baş nazir qeyd edib ki, Pakistan Əfqanıstanda ABŞ-ın əməliyyatı nəticəsində 200 milyard dollara qədər itirib. Bundan başqa, ölkə 2,7 milyon əfqan qaçqınını qəbul etməli olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA