zamanlabirge.az
zamanlabirge.az

Ankarada doqquz İŞİD terrorçusu həbs olunub

28-11-2019, 14:06

Ankarada doqquz İŞİD terrorçusu həbs olunub Türkiyənin təhlükəsizlik qüvvələri Ankarada İŞİD terror təşkilatına qarşı genişmiqyaslı antiterror əməliyyatı keçiriblər.
Əməliyyat nəticəsində barələrində həbs qətimkan tədbiri seçilən 10 nəfərdən 9-u saxlanılıb. Saxlanılan şəxslərin hamısı xarici ölkə vətəndaşlarıdır. Onların İŞİD terror qruplaşmasının sıralarında döyüşlərdə iştirak etdikləri bildirilir.
Türkiyə hökuməti İŞİD terrorçularını vətəndaşları olduqları ölkələrə göndərməkdə davam edir.
Daxili İşlər naziri Süleyman Soylu məlumat verib ki, dekabrın ilk günlərində İŞİD-in üzvü olan daha 11 nəfər Fransa vətəndaşı öz ölkəsinə göndəriləcək. Onların deportasiyası üçün sənədləşmə işləri başa çatmaq üzrədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA