zamanlabirge.az
zamanlabirge.az

"Biz sizin fədakarlığınızın, səxavətinizin və qəhrəmanlığınızın şahidi olduq" - Mehriban Əliyeva

17-06-2020, 12:20 21 dəfə baxılıb

"Biz sizin fədakarlığınızın, səxavətinizin və qəhrəmanlığınızın şahidi olduq" - Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Tibb İşçilərinin Peşə Bayramı Günü mübasibətilə özünün facebook səhifəsində paylaşım edib.
"Bu gün – 17 İyun – ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunur. Səhiyyə sahəsində çalışan hər kəsi bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Əminəm ki, bu gün bütün vətəndaşlarımız sizə sonsuz təşəkkür və səmimi minnətdarlığını bildirmək istərdi. Axı koronavirus pandemiyası ilə mübarizədə əsas yük sizin üzərinizə düşüb. Biz bir daha sizin peşəkarlığınıza əmin olduq. Biz sizin fədakarlığınızın, səxavətinizin və qəhrəmanlığınızın şahidi olduq. Siz öz doğma və yaxınlarınızdan uzaqda həyatınızı riskə ataraq xəstəliyi yenməyə kömək edir, həyatları xilas edir, insanlara inam və ümid bəxş edirsiniz. Sizin gündəlik zəhmətiniz, peşə borcunuza sadiqliyiniz, pasiyentlərə xoş münasibətiniz, şəfqət və mərhəmətiniz ən yüksək qiymətə layiqdir! Sizin hər birinizə hünər, dözüm və ən əsası can sağlığı arzulayıram!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA