İbrahim Səlman: Şirkətimiz istehsalın hər mərhələsində yeni texnologiya və informasiya texnologiyalarından istifadə edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
26-08-2023, 11:11
Selman Süd Məhsulları müəsisəsinin rəhbəri İbrahim Səlman - 1996-ci ildə yalnız pendir istehsalı ilə sektora addım atan şirkətimiz istehsal etdiyi təbii məhsullar diqqət çəkdindən sonra istehsal həcmini artırmış və məhsul portfelini genişləndirmişdir. 2001-ci ildə ilk ümumi təyinatlı istehsal binasında fəaliyyətini davam etdirən şirkətimiz texnologiyada sektordakı yenilikləri izləmək və tətbiq etmək uğurları sayəsində müştəri şəbəkəsini genişləndirmişdir. Daha gigiyenik mühitlərdə və standart keyfiyyətdə istehsal edə bilmək məqsədi ilə 2002-ci ildə istifadəyə verilən Avropa normalarında müasir texnoloji qurğusu ilə daim inkişaf edən texnologiya və şirkətlərdən gələn sıx tələblər nəzərə alınmaqla xidmətini davam etdirir. Şirkətimiz istehsalın hər mərhələsində yeni texnologiya və informasiya texnologiyalarından istifadə edərək davamlı təkmilləşmə və inkişaf yolundadır və regionda yeganə tədqiqat və təkmilləşdirmə laboratoriyasına malikdir. İstehlakçılara təklif olunan bütün süd məhsulları pasterizə olunmuş süddən istehsal olunur. Selman Süd firması bugün markalaşma istiqamətində səylərini sürətləndirərkən, davamlı olaraq böyüməkdədir. İstehlakçıları qorumaq, məlumatlandırmaq və daima ən yaxşısını təklif etmək prinsipinə əsaslanaraq, hədəflərimiz satışlarımızı maksimuma çatdırmaq, bazar payımızı artırmaq və istehlakçılarla inteqrasiya edərək sürətli böyüməyə davam edirik.
Texnologiya Şirkətimiz istehsalın hər mərhələsində yeni texnologiya və informasiya texnologiyalarından istifadə edir
Laboratoriya Regionda yeganə tədqiqat və təkmilləşdirmə laboratoriyası ilə davamlı təkmilləşmə yolunda olan şirkət
Gigiyenik 2002-ci ildə istifadəyə verilən Avropa normalarında müasir texnoloji qurğu ilə gigiyenik mühitdə istehsal Pasterizə edilmiş İstehlakçılara təklif olunan bütün süd və ağartı məhsulları yüksək səviyyədə pasterizə olunmuş süddən istehsal olunur
Gündəlik olaraq süfrələrimizi pendirsiz təsəvvür etmək mümkün deyil
Pendir xüsusi fermentlər və süd-turşu bakteriyaları vasitəsilə südün mayalanması nəticəsində alınan qida məhsuludur. Pendirin tərkibində zülallar, yağlar, mineral maddələr, fermentlər, vitaminlər və digər qida maddələri mövcuddur. Pendirdəki zülallar süddəki zülallara nisbətən daha yaxşı həzmolunma xüsusiyyətinə malikdir. Südün keyfiyyətindən asılı olaraq, pendirin tərkibində 25 %-ə qədər zülal, 60 %-ə qədər yağ və 3,5 %-ə qədər karbohidrat mövcuddur. 100 q pendirin enerji dəyəri 200-400 kkal arasında dəyişir. Südün mənşəyi və tərkibindən asılı olaraq (qoyun, keçi, inək südü və s.), müxtəlif növ-bərk, yarımbərk, yumşaq, toz, krem və s. şəklində pendir hazırlana bilər. Pendirin hazırlanmasında süddən başqa, bir sıra köməkçi vasitələrdən də istifadə edilir ki, onlara dadlandırıcı, qoruyucu, konservləşdirici və digər qatqı maddələrini aid etmək olar.
Kəsmik bir qida məhsulu kimi uşaqlarla yanaşı yaşlılar üçün də lazımlıdır
Kəsmik – insan orqanizmi üçün faydalı qidalardan biri olan, qatılaşmış süd məhsuludur. Qaraciyər xəstəlikləri, ateroskleroz və hipertoniya müalicəsi zamanı olan pəhriz siyahısına daxildir. Kəsmiyin tərkibində zülal, yağ və süd şəkəri ilə yanaşı əvəz olunmayan çoxlu metionin və amin turşuları, kalsium, fosfor, dəmir, maqnezium və s. vardır. Yağlılığına görə kəsmik yağlı (ən azı 18%), yarım yağlı (9%), yağsızlaşdırılmış (0,6%) növlərə bölünür.
Digər süd məhsulları ilə müqayisədə, Şorun tərkibində daha çox kalsium olur
Süd məhsullarından olan şorun tərkibində orqanizm üçün vacib olan çoxlu miqdarda kalsium və fosfor mikroelementləri var ki, bu da insanın dişləri və sümükləri tərkibinə daxildir. Bundan əlavə, kalsium insanın ürək əzələsinin, gözlərin, sinir sisteminin sağlamlığında böyük rol oynayır.
Arıqlamağa çalışırsınızsa, süzməni mütləq pəhrizinizə əlavə edin
Süzmə tərkibində protein adi qatıqdan iki dəfə çoxdur. Bu da özünüzü uzun müddət tox hiss etməyinizi təmin edir. 2013-cü ilə aparılan bir araşdırmaya görə, günortadan sonra ara yeməyi olaraq süzmə yeyən şəxslər daha uzun müddət toxluq hiss edirlər. Həmçinin, süzmə bol miqdarda olan kalsium bədəndə yağ istehsalını azaldır.
Süzmənin başlıca faydalarından biri tərkibindəki probiotiklərdir. Süzmədə olan probiotiklərlə aldığınız faydalı bakteriyalar, sağlıqlı bir həzm təmin edir. Həzm sisteminizdəki faydalı bakteriyalar, ishal, bağırsaq sindromu, xron xəstəliyi və kolit kimi həzm problemləri ilə mübarizə aparmağa kömək edir.
Kərə yağının tərkibində kalium və beyin üçün faydalı vitaminlər var
Keyfiyyətli inək südündən hazırlanmış kərə yağı insan orqanizmi üçün çox faydalıdır. Tərkibindəki vitaminlər (A,E,D,B qrup) saçın, dişlərin, sümük sisteminin, dərinin inkişafında xüsusi rol oynayır.Kərə yağı otaq temperaturunda qatı halda olur. 15 dərəcəyə çatdıqda çörəyin üstünə sürtülə biləcək hala gəlir. Kərə yağı süd yağından (82 faiz), süd proteinindən (kazein) və sudan ibarətdir. Sadə şəkildə desək, kərə yağı su və süd yağının qarışımından, yəni bir-birinin tərkibində həll olunmayan iki mayenin qarışımından ibarətdir.
Yaxşı qidalanmış camış südünün 35%-ini qaymaq təşkil edir
Qaymaq südün üstünə yığılan yağlı hissəsidir. Süd zavodlarında qaymaq əldə etmək üçün sentrafuqadan istifadə edilir. Təbii südü bişirdikdən yarım saat sonra onun üst hissəsində nazik təbəqə əmələ gəlir. Təbii yolla ev şəraitində qaymaq əldə eləmək üçün bişirilmiş südün ən azı 10-12 saat soyuq yerdə saxlanmılması lazımdır. Mütəxəssislər qaymaq əldə etmək üçün üstündə ən azı 1 sm qalınlığında qatı təbəqə əmələ gələnə qədər südü sakit vəziyyətdə saxlamağı məsləhət bilir.
Xama çox qidalandırıcı, dadlı və faydalı məhsuldur
Xama süd turşusu məhsuludur. Xama qaymağın alt qatında yığılıb qalan süd təbəqəsindən əldə edilir. Xamanın qidalılıq və bioloji dəyəri çox yüksəkdir. Digər yağlı süd məhsullarından fərqli olaraq 10 %-li xama dietik qida hesab edilə bilir. Adətən xamanın tərkibi 30% yağ, 2-3% zülal və 35% karbohidratlardan təşkil edilmişdir. Əsil xama qoxusuz, ağ və ya açıq sarı rəngli, qatı və eyni tərkibə malik olur. Əla növ xama çox qatı olur.
Dovğa qarın bölgəsindəki yağlardan xilas olmaq istəyənlər üçün ideal qidadır
Bütün fəsillərdə ən çox sevilən və yeyilən xörəklərdən biri də Azərbaycanın milli yeməyi olan dovğadır. Dovğanın tərkibində olan qatıq yüksək xolesterol və şəkər xəstələri üçün olduqca faydalıdır. Pis xolesterolu aşağı salır, yaxşı xolesterolu yüksəldir və yağların əriməsini asanlaşdırıb kökəlmənin qarşısını alır.
Ayran həm içkidir, həm də çörəklə birgə yeyilən qidadır
Ayran bir içki olaraq, qədim zamanlardan kənd təsərrüfatı icmaları tərəfindən geniş şəkildə istehlak edilmişdir. Müasir dövrdə dərman məqsədləri üçün istifadə edilməyədə başlandı. Çünki onun sağlamlıq üçün çoxlu faydaları olması müasir tibb tərəfindən qəbul edilən bir həqiqətdir. Ayranın tərkibində A vitamini, C vitamini, D vitamini, E vitamini və K vitamini var. Bundan əlavə, B6 vitamini və B12 vitamini ilə zəngin olan ayran sağlamlığımız üçün çoxlu faydalar təmin edir. Bundan başqa kalsium, dəmir, maqnezium, natrium kimi tərkibində bir çox vacib minerallar, xüsusilə manqan, selen, maqnezium da daxildir. Bu mineralların əksəriyyəti orqanların sağlam işləməsi üçün həyati əhəmiyyət kəsb edir.
Hər gün ayran içməyə başlamaq üçün 10 səbəb Sizi uzun müddət tox saxlayır Qan təzyiqini balanslaşdırır Həzmi rahatlaşdırır Bədənə enerji verir Hüceyrələri bərpa edir Sümükləri gücləndirir Yuxu tənzimləyicisidir Mədəni təravətləndirir Protein mənbəyi Zehnin İnkişafını dəstəkləyir
Selman Süd Məhsulları müəsisəsinin rəhbəri İbrahim Səlman - Bu gün dünyada mürəkkəb geosiyasi kataklizmlərin yaşandığı, müxtəlif ölkələrin xaos, anarxiya və böhran vəziyyəti ilə üzləşdiyi bir şəraitdə Azərbaycan iqtisadi yüksəlişi, ictimai-siyasi sabitliyi və müsbət beynəlxalq imici ilə diqqəti cəlb edir, möhtəşəm uğurlar qazanaraq yeni zirvələr fəth edir. Əlbəttə, Cənubi Qafqazın lider ölkəsinin ardıcıl nailiyyətlərinin və güclü dövlətçilik konsepsiyasının təməlini uğurlu – milli maraqlara, müasir çağırışlara və yeni reallıqlara əsaslanan strateji kurs təşkil edir. Heydər Əliyev ideyalarını inamla və əzmlə reallaşdıran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti Azərbaycana yeni qələbələr bəxş edir, respublikamızın geosiyasi statusu artır, beynəlxalq mövqeyi daha da möhkəmlənir.
Heç şübhəsiz, intibah və inkişaf dövrünü yaşayan Azərbaycanın milli tərəqqisində dövlət başçısının ən yaxın silahdaşı - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyətinin müstəsna rolu var. Başqa sözlə, Azərbaycanın möhtəşəm uğurlarında Mehriban xanım Əliyevanın xüsusi imzası var.
Mehriban xanım Əliyevanın çoxşaxəli, məqsədyönlü fəaliyyəti həm ölkəmizdə ayrı-ayrı sahələrin inkişafı, həm də Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmləndirilməsi baxımından böyük önəm kəsb edir.
İnkaredilməz həqiqətdir ki, Azərbaycanın birinci xanımı xalqa və dövlətə ləyaqətlə xidmət edərək milli maraqları daim üstün tutub. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirilib, yeni tibb ocaqları, məktəblər, uşaq bağçaları, internat məktəbləri istifadəyə verilib. Bu isə əsasında Azərbaycan vətəndaşının mənafeyinin dayandığı sosial siyasətə böyük dəstəkdir. Mehriban xanım Əliyeva, həmçinin Milli Məclisdə amnistiya aktlarının qəbul olunması təşəbbüsləri ilə çıxış edib və bunun sayəsində minlərlə məhkum azadlığa qovuşub. Bu fakt onun fəaliyyətinin, eyni zamanda, humanizm prinsiplərinə söykəndiyini təsdiqləyir.
Xüsusi qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərimizin ideyalarını əzmlə və sədaqətlə həyata keçirir. Xüsusilə də, Birinci xanımın təşəbbüsü ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın mədəni irsinin, milli mədəniyyət nümunələrinin beynəlxalq miqyasda təbliği istiqamətində çox mühüm addımlar atılır. Bu yöndə görülən işlər Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsini şərtləndirib və tarixi Qələbəmizi təmin edən çox mühüm amillərdən biri olub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi”.
Eyni zamanda, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yeni layihələr əsasında ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə yaralananların xüsusi tibbi xidmətlərlə təmin olunmaları, əlilliyi olan şəxslərə, müharibə veteranlarına, qazilərə, şəhid ailələrinə və erməni vandalizmindən, müharibədən əziyyət çəkən digər kateqoriyadan olan insanlara sosial dəstək xarakterli işlərin görülməsi və yüksək mənəvi dəstək verilməsi cəmiyyətdə böyük rəğbətlə qarşılanır, olduqca yüksək dəyərləndirilir.
Daha bir mühüm məqam Mehriban xanım Əliyevanın qurucusu Ümummilli Liderimiz Heydər Əliyevin olduğu Yeni Azərbaycan Partiyası çərçivəsində səmərəli və məqsədyönlü fəaliyyəti ilə əlaqədardır. Ümumxalq və qələbələr partiyası kimi səciyyələndirdiyimiz YAP-ın güclənməsində, inkişafında, xüsusilə gənclərin, qadınların partiyaya üz tutmasında Mehriban xanım Əliyevanın müstəsna rolu var.
Bütövlükdə, Azərbaycanın birinci xanımının fəaliyyəti həm ölkə miqyasında, həm də beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülməsi Mehriban xanım Əliyevanın milli məzmunlu, bəşəri xarakterli və beynəlxalq əhəmiyyətli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.
Heç şübhəsiz, "İnam və səmimiyyət olan yerdə yaradıcılıq əzmi xarüqələr yaratmağa qadirdir", - deyən Mehriban xanım Əliyevanın səmimi yanaşması, əzmkar fəaliyyəti, xalqın isə ona dərin rəğbəti, tükənməz sevgisi, sarsılmaz inamı və güclü etimadı müstəqil və qalib dövlətimizə yeni və daha möhtəşəm uğurlar qazandıracaqdır.