zamanlabirge.az
zamanlabirge.az

Sizi milli mətbuatımızın 145 illiyi münasibətilə təbrik edirik!

22-07-2020, 14:00 17 dəfə baxılıb

Sizi milli mətbuatımızın 145 illiyi münasibətilə təbrik edirik!
Sizi milli mətbuatımızın 145 illiyi münasibətilə təbrik edirik! Azərbaycan Respublikasının Milli Məclisi milli mətbuat ilə münasibətlərə böyük önəm verir. Bu baxımdan Ali qanunverici orqanla əməkdaşlıq edən mətbu orqanlarla qarşılıqlı əlaqələrin daha peşəkar səviyyədə qurulması xüsusi əhəmiyyət daşıyır. Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi olaraq sizinlə Mətbuat günü ərəfəsində görüşümüz nəzərdə tutulurdu. COVID-19 pandemiyası ilə bağlı yaranmış vəziyyətlə əlaqədar olaraq görüşümüz bir müddət sonra baş tutacaq.
Hörmətli həmkarlar,
Hazırkı dövrdə dövri mətbuatda təmsil olunan jurnalistlər olaraq sözün gücü və təsiretmə imkanı baxımından böyük məsuliyyət daşıyırıq. Ermənistan tərəfindən Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində baş verən təxribat Azərbaycanın informasiya müharibəsində də haqlı mövqeyini aşkar bəyan edir və hansı şəkildə mübarizə aparılmasını müəyyənləşdirir.
Ümid edirik ki, Azərbaycanın ədalətli mövqeyinin milli mətbuatda peşəkarcasına təqim edilməsində, ölkəmizdə və regionda baş verən hadisələrin obyektiv işıqlandırılmasında səylərinizi əsirgəməyəcəksiniz.
Sizi bir daha milli mətbuatımızın 145 illiyi münasibətilə Milli Məclisin deputatları, parlament Aparatının, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları adından ürəkdən təbrik edir, hər birinizə uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA