zamanlabirge.az
zamanlabirge.az

Baş nazirdən XƏBƏRDARLIQ: Yoluxmalara görə məsuliyyət sahibkarların üzərinə düşəcək

9-08-2020, 13:29

Baş nazirdən XƏBƏRDARLIQ: Yoluxmalara görə məsuliyyət sahibkarların üzərinə düşəcək “Qəbul olunmuş qaydalara əməl olunmasına əsas məsuliyyət daşıyan orqanlar kimi şəhər və rayon İcra hakimiyyətləri, hüquq-mühafizə orqanları-Prokurorluq, DİN, DTX, səhiyyə strukturları və fəaliyyətinə icazə verilmiş sahələrdəki sahibkarlardır. Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara görə məsuliyyət tam olaraq sahibkarların üzərinə düşəcək”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə əlaqədar keçirilən Respublika videomüşavirəsində Baş Nazir Əli Əsədov deyib.
O qeyd edib ki, şəhər və rayonlarda yoluxma hallarının artması tendensiyası müşahidə olunduğu təqdirdə şəhər və rayon rəhbərliyi əlaqələndirici qurum olaraq nəzarət mexanizmlərini daha da gücləndirməlidir: “Proses dövlət başçısı tərəfindən nəzarətdə saxlanılır. Hökumət vəziyyətə dair mütəmadi olaraq Prezidentə məruzə edəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA