zamanlabirge.az
zamanlabirge.az

Azərbaycan Ordusu Laçın rayonuna daxil olub

26-10-2020, 10:30

Azərbaycan Ordusu Laçın rayonuna daxil olub Ermənistan silahlı qüvvələrinin təxribatına əks-həmlə ilə cavab verən Azərbaycan Ordusu sürətlə irəliləyərək artıq Laçın rayonuna daxil olub.
Sentyabrın 27-dən başlayaraq uğurlu əməliyyatlar nəticəsində işğal altında olan bir neçə şəhər və yaşayış məntəqələrini işğaldan azad edən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlıdan sonra Laçına daxil olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatında da xəbər yer alıb.
Bu gün yayılan rəsmi məlumatda qeyd edilib: "Oktyabrın 26-da saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA