Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Sabirabad Olimpiya İdman Kompleksinin direktoru Oqtay Mehdiyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Oqtay Mehdiyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Oqtay Mehdiyev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Sabirabad Olimpiya İdman Kompleksinin direktoru Oqtay Mehdiyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Oqtay Mehdiyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Oqtay Mehdiyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sabirabad Olimpiya İdman Kompleksinin direktoru Oqtay Mehdiyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Sabirabad Olimpiya İdman Kompleksi 2008-ci il sentyabrın 26-da istifadəyə verilib. Ümumi sahəsi 6,4 hektar olan kompleksin əsas korpusunda tamaşaçı tutumu 600 nəfər olan idman zalı, 2 trenajor zalı, 4 inzibati, 2 texniki, 1 həkim otaqları və kafe fəaliyyət göstərir. Bundan əlavə 150 tamaşaçı yerlik üzgüçülük zalı (25x11.5 m) mövcuddur.
Kompleksin ərazisində 28 yerli, 14 otaqlı mehmanxana və hər biri 4 nəfərlik 3 kotec inşa edilib. Üzgüçülük kompleksində hovuz (tamaşaçı tutumu 196 nəfər), trenajor zali, 4 inzibati, 2 texniki, 1 həkim otaqları və kafe fəaliyyət göstərir. Əsas idman zalının ölçüsü 40m x60 m, tamaşaçı tutumu 432 nəfər üçün nəzərdə tutulub. Trenajor zalının ölçüsü isə 13m x 9m-dir. Sabirabad Olimpiya İdman Kompleksinin ərazisində açıq tipli afalt örtüklü voleybol (21x12 m) və mini futbol meydançası (28x16 m), həmçinin qaçış zolağı mövcuddur.
Kompleksdə mini-futbol, voleybol, basketbol, üzgüçülük, stolüstü tennis, güləş və atletika idman növlərinin inkişafı üçün hər bir şərait yaradılıb. Sərbəst güləş, boks, mini-futbol, sambo, karate, trenajor, üzgüçülük, stolüstü tennis bölmələri fəaliyyət göstərir.