zamanlabirge.az
zamanlabirge.az

İncəsənətdə bir əbədiyaşarlıqdır

20-05-2022, 11:36

İncəsənətdə bir əbədiyaşarlıqdır İnsan hislərini təsvir edən incəsənət həm də istənilən fəaliyyət sahəsində insanın göstərdiyi yüksək bacarıq və məharət kimi də başa düşülür. Azərbaycan mədəniyyətin tərkib hissəsi olan bu ictimai şüur növü cəmiyyətimizin formalaşmasında məxsusi rol oynayır. Çünki bu sahə tamaşaçı ya informasiyanı qrafika və ya da bunların bir neçəsinin toplumundan ibarət olan teatr, kinematoqrafiya prosesləri ilə çatdırır. Bu üzdən ölkəmizdə incəsənətə meyl gündən-günə artır.
İncəsənət işinin təşkilində uşaq musiqi məktəbləri də əhəmiyyətli rol oynayır. Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinində bu istiqamətdə üzərinə böyük vəzifə düşür.
Məktəb haqqında qısa məlumat:
Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi1937-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsi Mədəniyyət İdarəsinin 7 illik birləşmiş musiqi məktəblərinin tərkibində yaranmışdır.Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 1955-ci il 21 iyun tarixli 566 nömrəli əmrinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət idarəsi birləşmiş musiqi məktəblərinin tərkibindən çıxarılaraq müstəqil fəaliyyət göstərmişdir.Məktəb Azərbaycan SSR Nazirlər Sovetinin 1967-ci il 17 iyul tarixli 398 nömrəli sərəncamına əsasən 7 nömrəli uşaq musiqi məktəbinin filialının bazasından 21 nömrəli musiqi məktəbi yaradılmışdır.Azərbaycan SSR Nazirlər Sovetinin 1981-ci il 30 mart tarixli 159 nömrəli qərarına əsasən Azərbaycanın görkəmli musiqi və teatr xadimi,milli klassik opera və musiqili komediyanın ilk proffesional ifaçısı,Azərbaycan SSR xalq artisti Hüseynqulu Sarabskinin 100 illiyi ilə əlaqədar onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Hüseynqulu Sarabskinin adı 7 nömrəli uşaq musiqi məktəbinə verilmişdir.
Cəmiyyətin mədəni resursları incəsənət amili kimi diqtə edilir. Bu zəruri halı 7 nömrəli uşaq musiqi məktəbi də ictimai zərurət kimi ehtiva edir. Məktəbin direktoru Samirə Əliyeva bu prosesə xüsusi önəm verir, rəhbəri olduğu məktəbin daha əsaslı inkişaf etməsi üçün əllərindən gələni edir, öz bacarığı və təşkilatçılığı ilə nailiyyətlərə imza atır. Bu da adıçəkilən məktəbin daim gündəmdə olmasını şərtləndirir.
Məktəbin təşkil etdiyi konsert proqramları dinləyicilərdə xoş ovqat yaradır, sənətə məhəbbəti artırır. Məktəbin şagirdləri konsert zamanı bütün ixtisaslar üzrə öz çıxışlarına start verir, tamaşaçılara isti əhval-ruhiyyə bəxş edirlər. Şagirdlərin səsləndirdikləri əsərlər təkcə ovqatları durultmur, həm də incəsənətə müsbət təsir göstərir. Səmimi etiraf edək ki, onların çıxışları tamaşaçılar tərəfindən həmişə rəğbətlə qarşılanıb və onlar təşkilatçılar tərəfindən fəxri fərmanlarla təltif ediliblər. Ümumiyyətlə, adıçəkilən məktəbin fəallığı, şagirdlərin aktiv iştirakı 7 nömrəli uşaq musiqi məktəbini birincilər sarasına yüksəldib.
7 nömrəli uşaq musiqi məktəbinin şagirdləri öz istedadları və fərqli ifaları ilə həmişə tamaşaçı alqışı qazanır. Elə adıçəkilən məktəbin şagirdlərindən biri hazırda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və televiziyada yayımlanan “Muğam müsabiqəsi”nin iştirakçısıdır. Bu da o anlama gəlir ki, həmin məktəbdə həm də çox talantlı xanəndə ordusu yetişir.
Məktəbin direktoru Samirə Əliyeva söhbət əsnasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın musiqi ilə məşgul olan yeniyetmə və gənclərə göstərdiyi xüsusi diqqət və qaygıdan danışaraq bildirir ki, Azərbaycanın milli musiqi irsinin qorunub saxlanılması, dünya musiqi incilərinin Azərbaycanda, xalqımıza məxsus nadir musiqi əsərlərinin isə dünyada tanıdılması Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyətində mühüm yer tutur. Ümumiyyətlə, Heydər Əliyev Fondu xalqın milli varlığını özündə yaşadan maddi-mənəvi irsə böyük diqqət və həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində fəal iştirak edir.
Bugünlərdə 7 nömrəli uşaq musiqi məktəbinin direktoru Samirə Əliyeva Şuşada keçirilən “Xarıbülbül” Musiqi Festivalında iştirak edib. 1989-cu ildən məşhur xanəndə Seyid Şuşinskinin şərəfinə Şuşa şəhərində keçirilən bu beynəlxalq musiqi festivalı Samirə xanımın musiqiyə olan sevgisini bir qədər də artırb.
İndi əminik ki, Samirə xanım rəhbəri olduğu məktəbin daha yüksək nailiyyətlər əldə etməsi üçün bütün bacarığını sərf edəcək, ölkə musiqisinin inamlı təbliği sahəsində kollektivi ilə birlikdə əməli işlər görəcək.
Doğrudan da, incəsənət özü də bir əbədiyaşarlıqdır. Bu sahə ilə məşğul olanlar xalqın sevimlilərinə çevrilirlər.
Sizə işlərinizdə uğurlar diləyirik, Samirə xanım!

Fərqanə Müseyibqızı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA