zamanlabirge.az
zamanlabirge.az

QƏLƏBƏMİZ MÜBARƏK!

5-11-2022, 21:33

Rəşadət Sadıqov,
Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu

Ali Baş Komandanımız Ulu Öndərin vəsiyyətini həyata keçirdi

Cənab İlham Əliyev artıq yeni əsrin, yeni zamanın lideri kimi xalqın və dövlətin idarə olunmasının bütün məsuliyyətini öz üzərinə götürdü və birmənalı olaraq Ümummilli Lider Heydər Əliyevin inamını doğrultdu. Yaşadığımız günlərdə bunun bir daha şahidi oluruq. Onun siyasi və dövlətçilik fəaliyyəti, daxili və xarici siyasət sahəsində atdığı addımlar məntiqi ardıcıllıqla bir-birini tamamlayır.
Cənab İlham Əliyevin bütün problemlərə, baş verən hadisələrə və proseslərə münasibəti birmənalı və dəqiqdir. Bu amil sözsüz ki, Prezident İlham Əliyev haqqında ictimai rəydə, eyni zamanda beynəlxalq aləmdə daha dolğun təsəvvürlərin yaranmasını şərtləndirir və hər kəs onu yüksək dəyərlərin daşıyıcısı kimi qiymətləndirir.
Təbii ki, İlham Əliyevin böyük siyasətdə uğurlarını təmin edən şəxsi keyfiyyətlərlə bərabər, onun fəaliyyətini stimullaşdıran faktorları da unutmaq olmaz. Cənab İlham Əliyevin ictimai rəydəki statusunun möhkəmlənməsinə təsir göstərən mühüm məqamlardan bəlkə də ən birincisi onun təkmil siyasi təlimə - Heydər Əliyevin milli dövdətçilik fəlsəfəsinə istinad etməsidir. Bu faktorun Azərbaycan dövlətçiliyinin taleyində oynadığı tarixi və müstəsna rol artıq hər kəsə məlumdur. Ən başlıcası isə odur ki, həmin təlim Azərbaycanın müstəqilliyinə təminat yaradıb, ona əbədi və dönməz xarakter verib. Eyni zamanda, bu təlim dövlətin idarə edilməsi missiyasını öz üzərinə götürən şəxsdən daha məsuliyyətli olmağı tələb edir. QƏLƏBƏMİZ MÜBARƏK!
Bu baxımdan, siyasi fəaliyyətini dar qrup çərçivəsində həyata keçirməyə meylli olmayan, öz potensialını daha geniş müstəvidə nümayiş etdirməyə və mühüm nəticələr əldə etməyə yönəldən cənab İlham Əliyevin əldə etdiyi siyasi dividentlər təsadüfi hesab edilməməlidir və cəmiyyətin İlham Əliyev faktorunu dəqiq, qərəzsiz, vicdanlı qiymətləndirməsində əsas göstəricilərindən biri kimi bu amilin rolu inkaredilməzdir.
İlham Əliyev fenomeni ilə bağlı gedən ictimai müzakirələr yeni mərhələyə qədəm qoydu. Məlumdur ki, cənab İlham Əliyev 1994-cü ildən başlayaraq siyasi proseslərdə fəal iştirak edib, parlamentdə, ARDNŞ-də, MOK-da, dövlət quruculuğunda və ictimai işlərdə intensiv şəkildə məşğul olub. O, klassik siyasətdən XXI yüzilliyindən modern siyasətinə uğurlu keçid formulunu müvəffəqiyyətlə sınaqdan çıxaran siyasətçi obrazının daşıyıcısı kimi siyasətdə, diplomatiyada mühafizəkar, ənənəçi və yenilikçi, liberal və mötədil dəyərləri sintez etməyi bacaran mükəmməl dövlət xadimidir. İlham Əliyev iti zəkası, vaxtında lazımi və zəruri qərarları qəbul etmək bacarığı, siyasi fəhmi, hazırlıq səviyyəsi, analitik təhlil qabiliyyəti ilə ölkədə və ölkə xaricində özünə böyük rəğbət qazanmışdır. Şübhə yoxdur ki, mərhum Ümummilli Lider Heydər Əliyev dövlətçilik ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsini təmin etmək üçün cənab İlham Əliyev şəxsiyyətinə hələ uzun illər ciddi ehtiyac duyulacaqdır. İlham Əliyev fenomeni bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir. Təbii ki, Ulu Öndər Heydər Əliyev ideyalarının inkişaf etdirilməsi naminə əvəzedilməz faktordur. İlham Əliyev Ümummilli Liderin qurduğu dövləti yaşatmağa, onu daha uca zirvələrə aparmağa qadir olan siyasi və dövlət xadimidir.
Məlumdur ki, 2003-cü il seçkiləri ilə milli dövlətçiliyimizdə yeni mərhələnin - İlham Əliyev mərhələsinin əsası qoyuldu. Ulu Öndər Heydər Əliyevin zəngin və tükənməz siyasi irsinə, dövlətçilik ənənələrinə və xalqımızın iradəsinə söykənən cənab İlham Əliyev bir daha sübut etdi ki, dövlətçiliyimiz onun hakimiyyəti illərində daha da ciddi uğurlar qazanacaq, uca zirvələrə yüksələcəkdir. QƏLƏBƏMİZ MÜBARƏK!
Cənab İlham Əliyevin prezidentlik fəaliyyətini təhlil edərkən bu dövrün Azərbaycan tarixində böyük əhəmiyyətə malik anlarla əks olunduğunu, xalqın və dövlətin taleyində əsaslı irəliləyişlərin əldə edildiyini aydın göstərmək olar. Hələ 2003-cü il okytabr ayının 3-də Ümummilli Lider Heydər Əliyev bütün həyatını həsr etdiyi Azərbaycan xalqına müraciətdə layiqli davamçısının xarakterik məziyyətləri və peşəkar dövlət xadimi keyfiyyətlərini xatırladaraq qeyd edirdi: “İlham Əliyev yüksək intellektli, proqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ümummilli Liderin bu sözlərinin həqiqət əmsalını cənab İlham Əliyev hələ 2003-cü ildən xalqın nəzərində tam təsdiq etmişdi. Prezident İlham Əliyev ona özü qədər inanan böyük şəxsiyyətin etimadını, misilsiz dəstəyini və xalqın ümidlərini əməli fəaliyyəti ilə ləyaqətlə doğrultdu. Andiçmə mərasimində “Müdrik Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti bundan sonra da güclənəcək, zənginləşəcək və hərtərəfli inkişaf edəcəkdir. Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam, mən Azərbaycan üçün yaxşı Prezident olacağam” vədini verən ölkə rəhbəri fəaliyyətində bu sözlərinə daim sadiq oldu, həmişə “Əsl siyasət real, konkret iş görməkdən ibarətdir” prinsipinə əsaslandı.
Ümumilikdə götürdükdə, son illər iqtisadi inkişaf, tərəqqi, effektiv xarici siyasət, sabitliyin qorunub saxlanılması və onun dönməzliyinin təmin edilməsi yönümündə Prezident İlham Əliyevin fəaliyyəti mühüm uğurlarla əlamətdar oldu və xalqımızın tam dəstəyini qazandı. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisad islahatlar ölkə başçısının xalqın problemlərinə, onun sosial-iqtisadi təminatının yaxşılaşdırılmasına diqqətinin bariz nümunəsidir və atılan hər bir addım bunu sübut edir.
Lakin 27 sentyabr 2020-ci il tarix səhifəmizə II Qarabağ müharibəsi kimi düşdü. Mənfur ermənilər uzun illərdir ki, Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağ torpaqlarını işğal altında saxlayırdılar. Yuxarıda qeyd edilən tarixdə bütün cəbhə boyu hücuma keçən erməni silahlı qüvvələri yeni torpaq iddiasına düşmüşdülər. Düşmənin daha da azğınlaşdığını görən şanlı Azərbaycan Ordusu əks-hücuma keçərək qısa zamanda işğal altında olan torpaqlarımızın bir hissəsini mənfur işğalçılardan azad etməyə başladı.
Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi altında demək olar ki, hər gün kəndlərimiz, şəhərlərimiz düşmən tapdağından azad olunur. Xalqımız elə bir vəhşi düşmənlə vuruşur ki, faşistlərdən də betərdir. Şanlı Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyən erməni silahlıları ancaq heyflərini dinc əhalidən almaq üçün yaşayış evlərini, inzibati binaları, məktəbləri, baxçaları, dinc sakinləri atəşə məruz qoyurlar. Amma onlar və onların havadarları bilməlidirlər ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu bir qarış torpağı da düşmən tapdağında qoymayacaqdır. O torpaqlar bizim ulu babalarımızın bizlərə ərmağan qoyub getdiyi yurd yerlərimizdir. Qısa zaman kəsiyində torpaqlarımız azad olunacaq, öz dədə-baba yurdlarından məcburi köçkün düşmüş soydaşlarımız o yerlərə dönəcək və o torpaqlarda həyat yenidən canlanacaqdır. Ona görə ki, bizim işimiz haqq işidir. Biz sülh tərəfdarı olmaqla yanaşı, bütün dünya qanunlarına uyğun olaraq haqqımızı tələb edirik.
Qarabağ Azərbaycandır!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA