zamanlabirge.az
zamanlabirge.az

Şəfalı əllər

25-11-2022, 11:48

Şəfalı əllər Azərbaycan səhiyyəsi artıq bütün parametrləri ilə ölkə əhalisinin diqqət mərkəzindədir. Dövlətimizin bu sahəyə qayğısı hərtərəfli inkişaf, yüksək xidmət və etibarlılıq üçün əsaslı zəmin yaradıb. Bu gün tam mənada deyə bilərik ki, Azərbaycan səhiyyəsi gələcək strateji resursları daha uğurlu şəkildə tənzimləyəcək.
Ölkə səhiyyəsinin nizamlı tərəqqisi işində Avrasiya hospitalı da mühüm vəzifə səlahiyyətləri icra edir. Hospitalın direktoru həkim-kardioloq Azər Nağıyevin rəhbərliyi altında burada müasir tibbin ən dolğun prosedurları səhiyyə üçün əhəmiyyət kəsb edir, aparılan islahatlar, əldə olunmuş tibbi nailiyyətlər zəruri hal kimi diqqət çəkir.
Avrasiya hospitalında çalışan tibb personalı müraciət edən xəstələrin həyata sağlam baxışla nəzər salması, hospitalda xəstə-həkim münasibətlərinin daha normal olması üçün əllərindən gələni edirlər. Bu da ümumi işin təşkilində başlıca rol oynayır. Həmçinin, ölkə əhalisinin Avrasiya Hospitalına etibarını artırır.
Dediyimiz kimi, Avrasiya hospitalının misilsiz inkişafında orada çalışan tibbi personalın, onların timsalında uroloq Elnur Məmmədovun böyük əməyi var. Onun yüksək peşəkarlığı, xəstələrə səmimi və doğma münasibəti həm öz işinin, həm də çalışdığı hospitala rəğbətinin bariz ifadəsidir.
Doğrudan da, bu gün Avrasiya hospitalında əlləri şəfalı həkimlər çalışır. Onların xəstələrə verdiyi həyat eşqi və sağlam vücud insan sevgisinin əhəmiyyəti kimi xarakterizə olunur.
Azər Nağıyev başda olmaqla, Avrasiya hospitalının əlləri şəfalı tibb personalına can sağlığı arzulayırıq.

Fərqanə Müseyibqızı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA