zamanlabirge.az
zamanlabirge.az

Hərbi Prokurorluğun işi dövlətçiliyə sədaqət işidir

20-12-2022, 13:46

Hərbi Prokurorluğun işi dövlətçiliyə sədaqət işidir Prokurorluq orqanları, hərbi prokurorluq dövlətin əsas güc mənbəyi hesab olunan strukturlar sırasındadır. Hələ illər əvvəl ümummilli lider Heydər Əliyev bu orqan haqqında demişdir: «Azərbaycan Prokurorluğu hər zaman dövlətçiliyin və qanunçuluğun keşiyindədir. Mən hesab edirəm ki, respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz yerini tutubdur və ölkəmizin müstəqilliyinə layiqli xidmət edir».
Ölkə rəhbəri İlham Əliyev də prokurorluq orqanlarının dövlətçilik işini yüksək qiymətləndirib: «Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir».
Sadə kütlə də aydın görür ki, Azərbaycan Prokurorluğu, Hərbi Prokurorluq böyük sədaqət hissilə dövlətçiliyin və qanunçuluğun keşiyindədir. Bu gün birmənalı etiraf edilir ki, prokurorluq insan hüquq və azadlıqlarının təmin edilməsi, demokratik inkişafa maneə yaradan halların aradan qaldırılması, məhkəmə-hüquq islahatlarının uğurla həyata keçirilməsi, ədalət mühakiməsinin beynəlxalq tələblərə cavab verən səviyyədə formalaşması və ictimai-siyasi həyatın bütün sahələrində müstəqil dövlətimizin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasında böyük rol oynayır. Ulu öndər Heydər Əliyev məhz bu ali prinsipləri əlində əsas tutaraq deyirdi: «Respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz yerini tutubdur və ölkəmizin müstəqilliyinə ləyaqətlə xidmət edir”. Elə o vaxtlar «Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” və digər qanunvericilik aktlarının qəbul edilməsi də bu əyani uğurun bariz ifadəsi kimi diqqət çəkir.
Prokurorluq orqanlarının Müdafiə Nazirliyinin işinə qanuni yanaşması da ölkəmizin dövlətçilik əsaslarına müsbət təsir göstərir. Orduda nizam-intizamın bərpa edilməsi və cinayətkarlığa qarşı yönəlmiş mübarizə tədbirləri, əvvəlki dövrlərlə müqayisədə qeydə alınmış cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin, habelə hərbi cinayətlərin sayı kəskin surətdə azalması və s. buna sübutdur.
Cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi ilə qarşılıqlı, sağlam və işgüzar əlaqələr qurması önəmli rol oynayır. Bu, Silahlı Qüvvələrdə və başqa silahlı birləşmələrdə qanunların icrasına nəzarəti artırır, hərbi qulluqçular tərəfindən qanunazidd hərəkətlərin törədilməsinə mane olur.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, bildiyimiz kimi, ixtisaslaşdırılmış prokurorluq olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə Azərbaycan Respublikasının digər qanunları ilə hərbi prokurorluqlara aid edilmiş səlahiyyətləri həyata keçirir.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğu həmçinin, tutulmuş və həbs edilmiş hərbi qulluqçuların saxlanıldığı yerlərdə, intizam hissələrində, eləcə də cəzaların hərbi hissələrdə icra edilməsi zamanı qanunlara və hərbi nizamnamələrə əməl olunmasına nəzarət edir və s.
Bir sözlə, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun fəaliyyətinin ən önəmli istiqaməti korrupsiya və cinayətlərə qarşı mübarizədir və adıçəkilən orqan bu istiqamətdə uğurlu addımlar atır.

Fərqanə Müseyibqızı













Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA