zamanlabirge.az
zamanlabirge.az

Yol polisinə məxsus avtomobilin üstündə pivə içən şəxs yaxalanıb - VİDEO

17-04-2020, 20:18

Yol polisinə məxsus avtomobilin üstündə pivə içən şəxs yaxalanıb - VİDEO Yol polisinin xidməti avtomobilinin baqajının üstündə oturub pivə içən şəxs saxlanılıb.
Sosial şəbəkələrdə bununla bağlı foto yayılıb.
Görüntü yayıldıqdan sonra Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları həmin şəxsi müəyyən edib və saxlayıblar. Məlum olub ki, qayda pozuntusunu törədən şəxs Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Nicat Mustafayevdir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib ki, həmin şəxs dindirilən zaman qayda pozuntusunu ötən ilin yay aylarında törətdiyini etiraf edib.
Qurum rəsmisi bildirib ki, Nicat Mustafayev barəsində cəza tədbirinin görülməsi üçün sənədlər məhkəməyə göndərilib.
Vaqif Əsədov onu da qeyd edib ki, yol hərəkəti qaydalarının pozulması ilə bağlı sosial şəbəkələrdə yayılan qanunazidd video və fotolarla bağlı dərhal araşdırma aparılır və qaydaları pozan şəxslər barəsində ciddi tədbirlər görülür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA