zamanlabirge.az
zamanlabirge.az

Masallıda 3 maşın toqquşdu - Ölən və yaralananlar var

23-04-2020, 12:12

Masallıda 3 maşın toqquşdu - Ölən və yaralananlar var Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonun Ərkivan qəsəbəsi ərazisində qeydə alınıb. Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Zaur Talıbov idarə etdiyi "Kia Sorento” markalı avtomobillə hərəkətin əks istiqamətinə çıxaraq ötmə əməliyyatı edən rayon sakini, 2001-ci il təvəllüdlü Ümid Əşrəfovun idarə etdiyi "Mercedes” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində "Mercedes” markalı avtomobil əks yola çıxaraq qarşı yolda hərəkətdə olan, 1970-ci il təvəllüdlü Kənan Hatəmovun idarə etdiyi "VAZ 2107” markalı avtomobillə toqquşub.
Toqquşma zamanı K. Hatəmov və onun sərnişini, 1982-ci il təvəllüdlü Ağa Alışov hadisə yerindəcə ölüb, digər sərnişinlər Tahirə Əliyeva və Hədiyyə Əliyeva ağır xəsarətlərlə Lənkəran Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Masallı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. (trend)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA