zamanlabirge.az
zamanlabirge.az

Biləsuvarın icra başçısı belə tutuldu - DTX GÖRÜNTÜLƏRİ YAYDI - VİDEO

1-05-2020, 22:41

Biləsuvarın icra başçısı belə tutuldu - DTX GÖRÜNTÜLƏRİ YAYDI - VİDEO Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin tətbiq edildiyi, dövlət strukturlarının fəaliyyətinin əhalinin sağlamlığının qorunması istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən şəxsi maraqları naminə istifadə edərək vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar əsasında araşdırma tədbirləri həyata keçirilməkdədir.
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən XəzərXəbər-ə verilən məlumata görə, toplanılmış materiallar üzrə, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr müəyyən olunmuşdur.
Bundan başqa, Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov və tabeçiliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında özünün pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilmişdir.
Həmçinin dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Mahir Quliyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA