zamanlabirge.az
zamanlabirge.az

Avtomobil piyadanı vuraraq öldürdü - SABİRABADDA

28-06-2020, 11:34 7 dəfə baxılıb

Avtomobil piyadanı vuraraq öldürdü - SABİRABADDA Sabirabadda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Surra kəndi ərazisində qeydə alınıb.
Rayonun Kovlar kənd sakini Ağayev Seyidnəsir Əşrəf oğlunun idarə etdiyi “VAZ 21011” markalı avtomobil yolu keçən Sabirabad rayonunun Surra kənd sakini, 1958-ci il təvəllüdlü Nağıyev Mehman Abdulla oğlunu vurub. Ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən yaralı orda keçinib.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA