Mirzə Quliyеv vəzifəsini daim şərəflə yerinə yetirir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
24-08-2023, 10:18
İmişli RİH başçısının birinci müavini Mirzə Quliyеv qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Mirzə Quliyеvin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Mirzə Quliyеv səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, İmişli RİH başçısının birinci müavini Mirzə Quliyеvə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Telişli kəndində vətəndaşlarla səyyar görüş keçirilib
İmişli rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə kəndlərdə rayon icra hakimiyyəti başçısının mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir. Növbəti səyyar qəbul-görüş Telişli və Allahmədətli kənd sakinləri ilə keçirilib. Səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbər işçiləri də iştirak ediblər. Səyyar görüşü giriş sözü ilə açan rayon icra başçısı prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı quruculuq işləri, icra olunan qlobal layihələr, aparılan qətiyyətli islahatlar, həmçinin sosial–iqtisadi sahədə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. Sonra icra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib. Kənd sakinləri öz çıxışlarında respublikamızda diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirərək dövlət başçımızın İmişli rayonuna göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndiriblər.
Əliqulular kəndində vətəndaşlarla səyyar görüş keçirilib
Avqustun 22-də təsdiq edilmiş qrafikə uyğun olaraq İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən rayonun Əliqulular kənd sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirilib. Səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbər işçiləri də iştirak ediblər. Qəbul zamanı çıxış edən icra başçısı kənd sakinlərini salamlayaraq prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkədə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlardan, əhalinin rifah halının yüksəldilməsi istiqamətində görülən tədbirlərdən bəhs edib, rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, sosial problemlərin həlli istiqamətində görülən işlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib. Sonra vətəndaşların müraciətləri dinlənilib,qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.