zamanlabirge.az
zamanlabirge.az

Bakı-Sumqayıt şosesində üç avtomobil toqquşub, xəsarət alanlar var

28-07-2020, 11:17

Bakı-Sumqayıt şosesində üç avtomobil toqquşub, xəsarət alanlar var Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə yolun Xırdalan şəhəri ərazisinə düşən hissəsində qeydə alınıb.
Məlumata görə, Əziz Kərimliyə məxsus "Tofaş" markalı avtomobil yolun sol zolağında hərəkətsiz vəziyyətdə olub. Onun APA -ya bildirdiyinə görə, avtomobili nasaz vəziyyətdə imiş. Bu vaxt vaxt "Niva" markalı nəqliyyat vasitəsi yüksək sürətlə "Tofaş"a və hərəkətdə olan Nəbi Nağıyevə məxsus "Changan" markalı avtomobilə çırpılıb. Nəticədə "Niva"nın sürücüsü və "Tofaş"ın sürücüsü Əziz Kərimli müxtəlif bədən xəsarətləri alıb. Həmçinin avtomobillərə ciddi ziyan dəyib.
Fakt üzrə araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA