zamanlabirge.az
zamanlabirge.az

Gəncədə karantin rejimini pozan çayxanalar aşkarlanıb

5-08-2020, 13:55

Gəncədə karantin rejimini pozan çayxanalar aşkarlanıb Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, BPİ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhərin Nizami rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.
Çayxananı işlədən Qədir Verdiyev və 13 nəfər saxlanılaraq Nizami rayon Polis İdarəsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.
Davam etdirilən tədbirlər zamanı şəhərin Kəpəz rayonunda da xüsusi karantin rejiminin tələblərinə zid olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb. Polis əməkdaşları dərhal obyektin fəaliyyətini dayandıraraq çayxana sahibi, Mahir İsgəndərovu və 6 nəfər müştəri birlikdə aidiyyəti üzrə Kəpəz rayon Polis İdarəsinə gətirib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA