zamanlabirge.az
zamanlabirge.az

“Lotu Quli”nin adamları bu ölkədə həbs olundu

13-08-2020, 11:49

“Lotu Quli”nin adamları bu ölkədə həbs olundu Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Odessa şəhərində “Lotu Quli” kimi tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun dəstəsinin üzvlərini saxlayıb.
Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Odessa şəhərində xüsusi əməliyyat keçirilib. Əməliyyat nəticəsində “Lotu Quli”nin dəstəsinin iki üzvü saxlanılıb.
Qeyd olunub ki, saxlanılan şəxslər regiondakı sahibkarların oğurlanmasında, quldurluq və soyğunçuluqda təqsirli bilinirlər.
Məlumatda “Lotu Quli”nin dəstənin 4 üzvünün hələ iyun ayında yerli sahibkarlardan bir nəfərini qaçırmağa hazırlaşarkən saxlanılması xatırladılıb.
Saxlanılan hər iki şəxs barəsində cinayət işi başlanılıb, həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA